Obameyanqın qiyməti açıqlandı
25.01.2017 - 21:04
Obameyanqın qiyməti açıqlandı

“Borussiya” (Dortmund) hücumçusu Pyer-Emerik Obameyanqın qiymətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Dortmund təmsilçisinin rəsmisi Hans-Yoahim Vatske Almaniya mətbuatına açıqlamasında qabonlu forvardı 80 milyon avro qarşılıında sata biləcəklərini deyib:

 

“Əgər bir klub bizə Obameyanq üçün 80 milyon avro təklif etsə, bu barədə düşünə bilərik. Belə təkliflərə dərhal “yox” demək olmur. Obameyanq karyerasının sonuna kimi bizdə oynayacaq demirəm”.

 

Qeyd edək ki, 27 yaşlı forvard cari mövsümdə Bundesliqada 16 qola imza atıb və çempionatın ən sərrast hücumçusudu. Bu yaxınlarda “Mançester Siti” hücumçu üçün 50 milyon avro təklif etsə də, “sarı-qaralar” bu təklifə “yox” cavabı vermişdi.