Oliver Kan geridə qaldı, artıq yeni rekordçu var
13.04.2017 - 01:31
Oliver Kan geridə qaldı, artıq yeni rekordçu var

Filip Lam “Bavariya”nın yeni rekordçusu olub. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Real” qarşısında matça start heyətində başlayan və 90 dəqiqə meydanda olan müdafiəçi münhenlilərin heyətində 104-cü dəfə ÇL görüşünə çıxıb.

 

O, bu göstərici ilə əfsanəvi Oliver Kanı geridə qoyub.

 

Üçüncü yerdə isə 89 oyunla Bastian Şvaynştayger qərarlaşıb.