PAOK-un ilk xal itkisi
26.09.2016 - 01:38
Yunanıstan çempionatında V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın Avropa Liqasındakı rəqibi PAOK öz meydanında “Ksanti” ilə görüşüb.
Bu qarşılaşmada qalib müəyyənləşməyib. Belə ki, azarkeşlər 90 dəqiqə ərzində qol görməyiblər.
İlk iki matçda qalib gələn PAOK mövsümdə 1-ci xal itkisi ilə üzləşib. Mövsümə -3 xalla başlayan komanda hazırda 4 xalla 6-cı pillədə qərarlaşıb.
0
0