Pato Çin klubu ilə anlaşdı
04.01.2016 - 10:20
Braziliya yığmasının üzvü Alexandre Pato karyerasını Çində davam etdirəcək. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “Korintians”ın 27 yaşlı hücumçusu adıçəkilən ölkənin “Tyantsin Suntzyan” komandası ilə ilkin razılığa gəlib.
Pato Çin klubunda ilinə 7 milyon avrodan çox məvacib alacaq.
Qeyd edək ki, karyerası ərzində “İnternasional”, “Milan” və “Sao Paulo” klublarının da formasını geyinmiş Pato Braziliya millisinin heyətində 27 oyunda 10 qola imza atıb.
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
- Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”
- “Liverpul” Şadeni yanvarda transfer etmək istəyir
0
0