Pato İtaliyaya qayıtdı
07.07.2016 - 14:38
Pato İtaliyaya qayıtdı

Braziliya yığmasının hücumçusu Aleşandre Pato yenidən İtaliyaya köçüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 27 yaşlı futbolçu “Latsio” ilə anlaşıb.

 

Ötən mövsümü icarə əsasında “Çelsi”də keçirən Pato müqavilə ilə “Korintians”a məxsus idi. London klubu onun transferindən imtina edincə, “Latsio” keçidi həll edib. Tərəflər arasında razılığa görə, ulduz futbolçu yeni komandası ilə 2 illik müqaviləyə qol çəkib. İlk ilində 1,5 milyon avro maaş alacaq forvard ümidləri doğrultsa, ikinci ilində maaşı artırılacaq.

 

Qeyd edək ki, Aleşandre Pato 2007-2012-ci illərdə İtaliyada “Milan”ın formasını geyinib.