Ötən mövsüm sürpriz bir şəkildə çempion olan “Lester”in oyunçularına digər böyük klubların marağı davam edir. Apasport.az saytının məlumatına görə, Londonun “Çelsi” klubu “tülkülər”in yarımmüdafiəçisi Nqolo Kante ilə ciddi maraqlanır.
Bu barədə ingilis mətbuatı xəbər yayıb. Bildirilib ki, “zadəganlar”ın gələcək baş məşqçisi Antonio Konte artıq fransız oyunçu ilə danışıq aparıb və onu Londona köçməyə razı salıb.
Paytaxt klubu dayaq yarımmüdafiəçisinin qarşılığında “Lester”ə 20 milyon funt ödəməyə hazırdı.
Qeyd edək ki, daha əvvəl də çempionun əsas qol silahı Vardinin paytaxtın digər klubu “Arsenal”la anlaşdığı xəbərləri yayılmışdı.