"Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini yenidən İspaniya La Liqasında çalışa bilər. Apasport.az saytının məlumatına görə, bu barədə informasiya İspaniya mətbuatında yayılıb.
İspan həmkarlarımızın yazdığına görə, yayda "Mançester Siti"dən ayrılacağı dəqiq olan çilili mütəxəssis gələn mövsümdən etibarən "Valensiya"nı çalışdıracaq.
Belə ki, "yarasalar"ın rəhbərliyi mövsümün gedişində komandanın "sükanı arxasına" keçən Qari Nevillin işindən narazıdı. İngilis mütəxəssisin klubda çalışmağa başlamasından sonra çempionatda qələbə qazana bilməyən "Valensiya" rəhbərliyi mövsümün sonunda onunla yollarını ayırmaq barədə düşünür.
Klub rəhbərliyi Nevillin postuna ən layiqli namizəd kimi isə La Liqada iş təcrübəsi olan Pelleqrinini görür. Vaxtilə "Malaqa", "Real", "Vilyarreal" kimi La Liqa klublarında çalışmış çilili mütəxəssis də "Valensiya"da çalışmağın əleyhinə deyil.
Xatırladaq ki, yayda Pelleqrinini "Mançester Siti"də Xosep Qvardiola əvəz edəcək.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"