Poqba “Mançester Yunayted”ə keçsə...
10.07.2016 - 15:04
“Yuventus”un yarımmüdafiəçisi Pol Poqbanın “Mançester Yunayted”ə gözlənilən keçidi baş tutsa, buna ən çox sevinənlərdən biri də fransız oyunçunun meneceri olacaq. Apasport.az saytının məlumatına görə, Mino Rayola transfer məbləğinin 30%-i miqdarında haqq alacaq.
Nəzərə alsaq ki, bu keçid 110 milyon funt-sterlinq miqdarında (təxminən 130 milyon avro) dəyərləndirilir, deməli menecerin bu işdən qazancı 35 milyon civarında olacaq.
Qeyd edək ki, Poqba “Yuventus”u tərk etsə, bu, futbol tarixinin ən bahalı transferi olacaq.
0
0