Premyer Liqa klubu antidopinq qaydalarını pozduğu üçün cəzalandırıldı
09.03.2017 - 19:29
Premyer Liqa təmsilçisi “Bornmut” cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, buna səbəb klubun antidopinq qaydalarını pozmasıdır.
Belə ki, rəhbərlik oyunçulara dopinq nəzarəti vaxtını və yerini vaxtında deməyib və bu da agentliyin işçilərinə yoxlamalar aparmaq üçün maeləçilik yaradıb. Komandaya 35 min funt sterlinq miqdarında cərimə kəsilib.
Qeyd edək ki, daha əvvəl eyni səbəbdən “Mançester Siti” də həmin məbləğdə cərimələnmişdi.
0
0