Premyer Liqa klubunda yeni müqavilə
13.09.2016 - 12:57
“Tottenhem” rəhbərliyi komandanın aparıcı oyunçularından olan Erik Dayerlə yeni sözləşmə imzalayıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçinin müqaviləsinin müddəti uzadılıb.
Razılaşmaya əsasən, Dayer 2021-ci ilə qədər London klubunun formasını geyinəcək.
Qeyd edək ki, İngiltərə yığmasına da çağırılan Dayer 2014-cü ildən "Tottenhem"in uğurları üçün çalışır.
0
0