Premyer Liqa təmsilçisi I divizion klubu ilə qarşılaşacaq
07.01.2017 - 13:35
Premyer Liqa təmsilçisi I divizion klubu ilə qarşılaşacaq

“Kəpəz”in qış təlim-məşq toplanışı müddətində keçirəcəyi yoxlama oyunları arasında dəyişiklik olub. Apasport.az klubun saytına istinadən xəbər verir ki, yanvarın 19-da “Zirə” ilə oyun keçirmək barəsində əvvəlcədən razılıq əldə olunsa da, paytaxt klubunun Türkiyədə toplanış keçməsi ilə əlaqədar, görüş baş tutmayacaq.

 

Əvəzində Gəncə təmsilçisi “Zaqatala” ilə oynayacaq. I divizion klubu ilə görüş yanvarın 19-da keçiriləcək.

 

“Dalğa Arena”da baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək.