Premyer Liqada çıxış edən futbolçu Çin yolunda
09.07.2016 - 01:48
Premyer Liqada çıxış edən futbolçu Çin yolunda

İtaliya millisinin və "Sauthempton"un hücumçusu Qraziano Pelle karyerasını Çində davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Çinin "Şandonq Lunenq" klubu 30 yaşlı futbolçunun xidmətində maraqlıdı.

 

Çinlilər Pelle üçün ingilislərə13 milyon funt-sterlinq ödəməyə hazırdı. Anlaşma baş tutarsa, italyan hücumçu Çində ilinə 6 milyon funt-sterlinq qazanacaq.

 

"Sauthempton" rəhbərliyinin klubla müqavilə müddəti gələn il bitəcək futbolçu üçün edilmiş təklifə müsbət yanaşdığı deyilir.

 

Qeyd edək ki, Pelle İngiltərə Premyer Liqasının son mövsümündə meydana çıxdığı 30 oyunda 11 qola imza atıb. İtaliya millisinin AÇ-2016-dakı heyətində də yer alan Pelle, burda 2 qola imza atıb.