Premyer Liqada məhsuldarlıq rekordu
02.04.2016 - 16:41
Premyer Liqada məhsuldarlıq rekordu

Topaz Premyer Liqasının məhsuldarlığı artıb. Apasport.az saytının məlumatına görə, yeni başa çatan III dövrənin 45 matçında 97 qol vurulub.

 

Bu da mövsümün dövrələr üzrə rekordudu. Belə ki, I dövrədə 91, II dövrədə isə cəmi 89 qol vurulmuşdu.

 

Ümumilikdə isə mövsümün 135 oyununda 277 qol vurulub. Çempionatın orta məhsuldarlığı 2,05-ə bərabərdi.

 

dövrə

qol

meydan sahibləri

qonaqlar

orta

I

91

53

38

2,02

II

89

47

42

1,98

III

97

58

39

2,16

CƏMİ

277

158

119

2,05