Premyer Liqada rekord təkrarlandı
02.01.2017 - 11:48
“Çelsi” İngiltərə Premyer Liqasının rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, London klubu bir mövsümdə qazanılan ardıcıl qələbə sayını 13-ə çatdırıb.
Bu, çempionatın rekordunun təkrarıdı. “Stok Siti” üzərində 4:2 hesablı qələbə ilə “Çelsi” “Arsenal”a çatıb. Sonuncular 2001/02 mövsümünün son 13 matçında xal itirməmişdi.
Premyer Liqanın qələbə seriyasında rekord isə 14-ə bərabərdi. “Arsenal” 13 qələbə qazandığı mövsümün ardından növbəti çempionatın ilk oyununda da 3 xal əldə etmişdi.
0
0