Premyer Liqanın ən “cavan” və ən “qoca” komandası bilindi
19.05.2016 - 23:09
Premyer Liqanın ən “cavan” və ən “qoca” komandası bilindi

İngiltərə Premyer Liqasının 2015/16 mövsümündə çıxış etmiş komandalarının orta yaş həddi açıqlanıb. Apasport.az saytının məlumatına görə, yeni başa çatmış mövsümün ən “cavan” komandası “Tottenhem” olub.

 

Londonluların futbolçularının orta yaş həddi 24 il 328 gündür. İkinci yerdə “Liverpul” (25 il 245 gün), üçüncü pillədə isə Premyer Liqanı tərk etmiş “Nyukasl” (25 il 337 gün) qərarlaşıb.

 

20 komanda arasında ən “qoca” komanda isə “Vest Bromviç”dir. “Kisəçilər”in orta yaş həddi 29 yaş 197 günə bərabərdi.