Premyer Liqanın ən cazibədar futbolçusu müəyyənləşdi
11.02.2015 - 21:05
Premyer Liqanın ən cazibədar futbolçusu müəyyənləşdi

İngiltərə Premyer Liqasının ən cazibədar futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Arsenal”ın hücumçusu Olivye Jiru bütün rəqiblərini qabaqlayaraq, birinci olub.

 

“Sanderlend”in müdafiəçisi Santyaqo Verqin “Bukmeker Paddy Power” ofisinin 250 amerikalı qadın arasında keçirdiyi sorğuda İngiltərə çempionatının ən yüksək divizionunun 300 oyunçusundan xarici görnüşünə görə, 2-ci seçilib. O, burada “Lester”in yarımmüdafiəçisi Metti Ceymsi qabaqlayıb.

 

Qeyd edək ki, siyahının son 2 pilləsində müvafiq olaraq "Suonsi"nin qapıçısı Herxard Tremmel və “Sautqempton”un yarımmüdafiəçisi Sadio Manye tutub.