PSJ-nin müdafiəçisi Markinyoş mövsümün sonunda komandasını dəyişəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı futbolçu “Barselona”ya keçəcək.
22 yaşlı “sambaçı” Kataloniya klubu ilə artıq razılıq əldə edib. Keçid baş tutarsa, Braziliya millisinin üzvünün yeni komandasında illik məvacibi 4,5 milyon avro olacaq. O, transfer haqqı olaraq əlavə 3 milyon avro da qazanacaq.
Markinyoşla anlaşan ispanlar artıq PSJ rəhbərliyi ilə də danışıqlara start verib. Parislilər komandada qalmaq istəməyən müdafiəçini satmağın əleyhinə deyil.
Qeyd edək ki, müdafiənin mərkəzində və sağ cinahında oynamağı bacaran Markinyoş 2013-cü ildən PSJ-nin formasını geyinir.