PSJ axtardığı məşqçini tapdı
04.06.2016 - 12:49
“Sevilya”nın baş məşqçisi Unai Emeri fəaliyyətini Fransada davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 44 yaşlı çalışdırıcı PSJ-dən təklif alıb.
Paris klubu Loran Blanın əvəzinə Emerini baş məşqçi postuna gətirmək niyyətindədi. Hazırda tərəflər arasında danışıqlar gedir. PSJ rəhbərliyinin Emerinin cavabına uyğun olaraq, addım atacaq.
Qeyd edək ki, Emeri “Sevilya”dan öncə “Almeriya”, “Valensiya” və Moskva “Spartak”ını da çalışdırıb.
0
0