PSJ Lavezzinin transfer qiymətini açıqladı
14.04.2015 - 17:51
PSJ rəhbərliyi argentinalı yarımmüdafiəçi Ezekyel Lavezzi ilə yolları ayırmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, Paris klubu 30 yaşlı futbolçunu transferə çıxaracaq.
Fransızlar Lavezzinin transfer qiymətini də artıq müəyyənləşdiriblər. Mövsümün sonunda təcrübəli futbolçunu heyətinə qatmaq istəyən klub 15 milyon avrosundan keçməli olacaq. Lavezzinin özü də komandasını dəyişməyin əleyhinə deyil.
Qeyd edək ki, PSJ-yə 2012-ci ildə “Napoli”dən transfer olunan Lavezzi hazırkı komandasında ümumilikdə 128 oyunda iştirak edib və aktivinə 28 qol, 26 assist yazdırıb.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0