Azərbaycan millisindən ayrılan Patrisiya Qonzales yığmamızı 12 seçmə oyununa çıxarıb. Apasport.az saytının məlumatına görə, 21 və 19 yaşadək qızlardan ibarət millilərin çalışdırıcısı yalnız sonuncularla Avropa çempionatının seçmə oyunlarında iştirak edib.
2013/14 və 2014/15 mövsümlərində yetirmələri ilə seçmə mərhələdə mübarizəni dayandıran Qonzales yalnız 2015/16 mövsümündə mərhələ adlamağa sevinib. Lakin bu dəfə də elit-raund onun komandası üçün sonuncu olub.
İspaniyalı mütəxəssis bu müddətdə 12 seçmə oyununda iş başında olub. Onun yetirmələri 4 qələbə qazanıb, 2 heç-heçə edib və 6 dəfə uduzub.
U-19 (qızlar) Qonzalesin rəhbərliyi altında Avropa çempionatlarında
|
2013/14 |
Seçmə |
3 |
1 |
0 |
2 |
6-5 |
3 |
III yer |
|
2014/15 |
Seçmə |
3 |
0 |
1 |
2 |
0-4 |
1 |
III yer |
|
2015/16 |
Seçmə |
3 |
3 |
0 |
0 |
9-2 |
9 |
I yer |
|
|
Elit |
3 |
0 |
1 |
2 |
1-8 |
1 |
IV yer |
|
|
|
12 |
4 |
2 |
6 |
16-19 |
14 |
|