Qrip oldu, “Milan”a qarşı oynamayacaq
11.12.2016 - 18:36
Qrip oldu, “Milan”a qarşı oynamayacaq

İtaliya A seriyasında XVI turun mərkəzi oyunu hesab edilən “Roma” – “Milan” qarşılaşmasında paytaxt klubu itki ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, “canavarlar” veteran futbolçu Françesko Tottinin xidmətindən məhrum olacaq.

 

Buna səbəb əfsanəvi futbolçunun qripə yoluxmasıdır. Bugünkü məşqdə iştirak etməyən 40 yaşlı yarımmüdafiəçi bazar ertəsi meydana çıxmayacaq.

 

Qeyd edək ki, paytaxtın “Olimpiya” stadionunda keçiriləcək “Roma” – “Milan” matçı saat 00:00-da start götürəcək.