Qurban Qurbanov: Pis hava olmur
30.03.2014 - 20:00
Qurban Qurbanov: Pis hava olmur

 

 

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundakı qələbədən sonra jurnalistlərə açıqlama verib. Apasport.az saytının məlumatına görə, baş məşqçi qarlı havadan belə narazılıq etməyib: “Təbiətdə pis hava olmur, maraqlı oyun oldu, meydanda mübarizə gedirdi. Bizdə qələbə istəyi daha çox idi, vacib qələbə qazandıq. Azarkeşlərimizə təşəkkür edirəm, sona kimi bizi dəstəklədilər, biz də onları sevindirdik. Bizim çempionatda məğlub olduğumuz, heç-heçə etdiyimiz oyunlar da olub. Bəzən sonuncu pillələrdəki komandalara qarşı xal itkiləri ilə üzləşə bilərik. Hər bir rəqib bizdən xal ala bilər. Futboldur, sürprizlər ola bilər. Hər qələbədən sonra rəqiblər bizə qarşı daha ciddi oynayır. Bütün rəqiblərə hörmətlə yanaşırıq”.

 

 

0