“Mançester Siti” yayda Serxio Buskets üçün “Barselona”ya müraciət edəcək. Apasport.az saytının “sport.es”-ə istinadən məlumatına görə, şəhərlilər bunu yeni baş məşqçi Xosep Qvardiolanın tələbi ilə edəcək.
Yeni mövsümdən etibarən mançesterliləri çalışdıracaq ispan çalışdırıcı artıq indidən öz komandasını formalaşdırmaq istəyir. “Barselona”da işlədiyi vaxtdan Busketsi yaxşı tanıyan Pep onu öz komandasında görməkdə maraqlıdı.
Artıq “şəhərlilər”in katalonlara keçid üçün nə qədər təklif etdikləri də məlumdu. İspan həmkarlarımız iddia edirlər ki, mümkün transfer üçün 50 milyon avro nəzərdə tutulub.
Qeyd edək, əgər keçid alınsa, Buskets “Barselona”dan “Mançester Siti”yə keçən ilk futbolçu olacaq.
Əlavə olaraq bildirək ki, Qvardiolanın daha bir keçmiş futbolçusu, qapıçı Viktor Valdesi də komandasına cəlb edəcəyi iddia edilib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”