Qvardiola Yaya Tureyə əvəzləyici tapdı
11.04.2016 - 14:36
Qvardiola Yaya Tureyə əvəzləyici tapdı

“Mançester Siti” mövsümün sonunda komandanı tərk edəcək Yaya Turenin əvəzləyicisini tapıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “şəhərlilər” Dortmund “Borussiya”sının yarımmüdafiəçisi İlkay Gündoğana “elçi düşüb”.

 

Gələn mövsüm İngiltərə klubunun “sükanı” arxasına keçəcək Pep Qvardiola orta sahəyə məhz Türkiyə əsilli oyunçunun alınmasını tələb edib. Dərhal danışıqlara başlayan mançesterlilər bu transfer üçün qarşı tərəfə 35 milyon dollar təklif ediblər. Ancaq “Borussiya” Gündoğanın keçidindən 45 milyon dollar gəlir götürməkdə israrlıdı.

 

“Mançester Siti”nin idman direktoru Çiki Beqiristayn ulduz futbolçunun menecerliyini edən əmisi ilə görüşüb və vergilər istisna olmaqla, illik 6 milyon dollar maaş təklif edib.

 

Qeyd edək ki, İlkay Gündoğanın “Borussiya” ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.