Raykarddan şok qərar: Məşqçiliyi buraxıram
19.03.2014 - 01:32
Raykarddan şok qərar: Məşqçiliyi buraxıram

 

 

Hollandiya millisinin keçmiş oyunçusu və baş məşqçisi Frank Raykard çoxlarını şoka salan qərar verib. Apasport.az saytının məlumatına görə, vaxtilə “Qalatasaray”ın da sükanı arxasında olan Raykard artıq məşqçilik etməyəcəyini açıqlayıb.

 

Hollandiyalı mütəxəssis yerli mətbuata açıqlamasında bir daha məşqçilik etməyəcəyini vurğulayıb: “Artıq heç bir klubun məşqçisi olmaq istəmədiyimi söyləyə bilərəm. Futbolda əldə etdiyim uğurlardan məmnunam. Artıq oyunları izləmək və yorulmamaq kimi işlə məşğul olmaq istəyirəm. 60 yaşında meydanda olmaq istəmirəm”.

 

Frank Raykard indiyə kimi Hollandiya yığmasının (1998-2000), Rotterdam “Sparta”sının (2001-2002), “Barselona”nın (2003-2008), “Qalatasaray”ın (2009-2010) baş məşqçisi kimi çalışıb. Sonuncu iş yeri Səudiyyə Ərəbistanında olub. “Barselona” ilə 5 kubok qazanan və əfsanəyə çevrilən 51 yaşlı Raykard Beynəlxalq Futbol Tarixi və Statistika Federasiyası tərəfindən 2006/2007-ci il mövsümündə dünyanın ən yaxşı baş məşqçisi seçilib.

 

 

0