[b]Rekordun 4 addımlığında[/b]
04.11.2016 - 11:08
Avropa Liqasının qrup mərhələsinin IV turu məhsuldarlığı ilə diqqət çəkib. Apasport.az saytının məlumatına görə, turun 24 qarşılaşmasında qapılara 77 qol vurulub.
Bununla da orta məhsuldarlıq 3,125-ə bərabər olub. Belə göstərici Avropa Liqasının rekordundan 4 top geridi. 2010/11 mövsümündə turnirin eyni gündə keçirilən turu zamanı 81 qol qeydə alınmışdı.
0
0