Rəqibini dişləmək baha başa gəldi
01.04.2016 - 00:55
İngiltərə Çempionşip təmsilçisi "Lids"in hücumçusu Süleyman Dukara İngiltərə Futbol Federasiyası tərəfindən ağır cəza alıb. Apasport.az saytının məlumatına görə, Dukaranın cəzalanmasına, fevralın 23-də "Fulhem"ə qarşı oyunda rəqib futbolçu Fernando Amorebietanı dişləməsi səbəb olub.
Federasiya hücumçunun bu hərəkətini qəbuledilməz hesab edərək, onu 8 oyunluq cəzalandırıb.
0
0