[b]Rəşad 111, Kamran 69-a doğru[/b]
02.10.2017 - 13:03
[b]Rəşad 111, Kamran 69-a doğru[/b]

Azərbaycan millisinin DÇ-2018-in bu ay keçiriləcək seçmə oyunlarına çağırılan heyətində yer alan futbolçuların yığmadakı göstəriciləri bəlli olub. Apasport.az saytının hesablamalarına görə, oktyabrın 5-də Çexiyanı qəbul edib, 3 gün sonra Almaniyanın qonağı olacaq millimizin 24 üzvünün indiyədək yığmada neçə oyun keçirib, neçə qol vurması müəyyənləşib.

 

Komandamızın heyətində yalnız bir futbolçu hələlik millidə debüt etməyib. Bu da yığmanın üçüncü qapıçısı Emil Balayevdi. “Səbail”in üzvü iki oyundan birində şans qazansa, ilk dəfə yığma forması geyinəcək.

 

Digər 23 oyunçu isə milli həyəcanı yaşamış simalardı. Onlar arasında rekordçu isə yığma tarixində ən çox oyun keçirən Rəşad Sadıqovdu. Kapitan bu günə qədər 110 matçda millinin şərəfini qoruyub.

Bakı Olimpiya Stadionunda Çexiyaya qarşı keçiriləcək matç onun üçün 111-ci olacaq. Bununla, Rəşad yığmada ən çox oyun keçirən futbolçular arasında dünya 229-cusu adına şərik olacaq. Hazırda 111 oyun keçirən 8 futbolçu 229-cu yerə şərikdi. Onlar arasında Andrey Şevçenko, Karlos Valderamma, Şinji Okazaki kimi tanınmış simalar da var. Onlara şərik çıxacaq azərbaycanlı müdafiəçi hazırkı mövqeyini tərk edəcək.

 

İndi 110 matçla 237-ci yeri bölüşənlərdən biri olan Sadıqov Fernando Torres, Sesk Fabreqas, Dieqo Qodini kimi futbolçuları arxada qoymaq imkanına malikdi. Lakin sonuncular da oyun sayını artıra bilər.

 

Millimizin Çexiya və Almaniya ilə oyunlarına çağırılan digər futbolçulardan Ruslan Abışov neçə vaxtdı gerçəkləşməyən yubileyi – 50-ci oyunu gözləyirsə, Namiq Ələsgərov 10-cu dəfə meydana çıxa bilər.

 

Hazırkı heyətdə 2-ci olan Kamran Ağayev Çexiyaya qarşı matçda 68-ə çatacaq. Bununla da qapıçı yığma tarixində 6-cı olan Qurban Qurbanova şərik çıxacaq. Almaniyada baş tuta biləcək 69-cu oyun isə qolkiperə millinin bombardirini arxada qoymaq imkanı verəcək.

 

futbolçu

oyun

qol

Rəşad Sadıqov

110

5

Kamran Ağayev

67

-104

Rahid Əmirquliyev

57

3

Cavid Hüseynov

51

2

Ruslan Abışov

49

4

Maksim Medvedev

42

1

Əfran İsmayılov

36

4

Qara Qarayev

34

0

Bədavi Hüseynov

32

0

Dmitri Nazarov

25

6

Araz Abdullayev

23

2

Ruslan Qurbanov

17

1

Məhəmməd Mirzəbəyov

16

0

Namiq Ələsgərov

9

0

Ramil Şeydayev

8

0

Tərlan Quliyev

8

1

Pavel Paşayev

6

0

Anar Nəzirov

4

-2

Riçard Almeyda

3

0

Mahir Mədətov

2

0

Ürfan Abbasov

2

0

Renat Dadaşov

1

0

Təmkin Xəlilzadə

1

0

Emil Balayev

0

0