Fransa millisinin liderlərindən biri Frank Riberi həkim səhvi ucbatından dünya çempionatını buraxmalı olacaq. Apasport.az saytının məlumatına görə, yığmanın həkimləri öz qüvvələri və professionallıqlarına həddən artıq güvəndiklərindən, millini pis vəziyyətə qoyublar.
Frank onurğasındakı ağrı səbəbindən əvvəlcə “Bavariya”nın həkimi Müller Volfarta müraciət etmək istəyib. Amma fransız həkimlər Riberiyə mane olaraq, futbolçunu özləri müalicə edəcəklərini bildiriblər.
Hazırda 31 yaşlı yarımmüdafiəçi Fransanın Rambue şəhərinin hospitalındadır. Qeyri-rəsmi məlumata görə, qeyri-düzgün müalicə onun onurğasında yırtığa gətirib çıxarıb. Bu zədə Riberinin gələcək karyerasına da ciddi təhlükə yaradır.