Rioya 1 vəsiqə qaldı
30.01.2016 - 10:02
Rioya 1 vəsiqə qaldı

Rio Olimpiadasının futbol turnirində çıxış edəcək daha bir komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Qətər millisini əlavə vaxtda 2:1 hesabı ilə məğlub edən İraq yığması Braziliyada oynamaq hüququ əldə edib.

 

Bununla da Olimpiya Oyunlarına vəsiqə qazanan komandaların sayı 15-ə çatıb. Meydan sahibi Braziliya ilə yanaşı, Argentina, İsveç, Portuqaliya, Danimarka, Almaniya, Fici, Honduras, Meksika, Əlcəzair, Nigeriya, CAR, İraq, Yaponiya və Cənubi Koreyadı.

 

Qeyd edək ki, 4 illiyin ən mötəbər idman yarışında 16 komanda çıxış edəcək. Rioya sonuncu vəsiqə isə ABŞ və Kolumbiya arasında matçda müəyyənləşəcək.