Roberto Karlos dünya çempionatının oyunlarını şərh edəcək
11.03.2014 - 05:20
Braziliya yığmasının keçmiş oyunçusu Roberto Karlos özünü yeni sahədə sınayacaq. Apasport.az saytının məlumatına görə, bir müddət öncə məşqçiliyə başlayan Karlos indii də şərhçi olacaq.
Vaxtilə bir çox komandaların, o cümlədən “Real Madrid”in, “Fənərbaxça”nın və Rusiyanın “Anji” klubunun şərəfinə qoruyan, indi isə Türkiyənin “Sivasspor” klubunda məşqçi işləyən ulduz futbolçu Braziliya telekanallarından birində 2014-cü il Dünya çempionatının oyunlarını şərh edəcək. Karlosla bərabər oyunları şərh etməyə Ronaldo və Junior kimi keçmiş ulduzlar da dəvət alıb.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0