Robinyo Çin klubu ilə müqavilə bağladı
16.07.2015 - 15:50
Braziliya yığmasının üzvü Robinyonun yeni klubunun adı bəlli olub. Apasport.az saytı xəbər verir ki, 31 yaşlı hücumameyilli yarımmüdafiəçi karyerasını Çində davam etdirməyə qərar verib.
Belə ki, Robinyo bu ölkənin “Quançjou Everqrand” klubu ilə anlaşıb. Yarım illik müqaviləyə qol çəkən “sambaçı” yeni komandasına azad agent kimi keçib.
Robinyo “Quançjou Everqrand”da həmyerlisi Luis Felipe Skolarinin rəhbərliyi altında oynayacaq.
Qeyd edək ki, “Santos”un yetirməsi olan Robinyo karyerası ərzində Madrid “Real”ı, “Mançester Siti” və “Milan” klublarının formasını geyinib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0