Ronaldinyoya İngiltərədən təklif
04.01.2016 - 12:29
Ronaldinyoya İngiltərədən təklif

“Barselona” klubu və Braziliya yığmasının sabiq üzvü Ronaldinyo İngiltərəyə köçə bilər. Apasport.az saytı “The Times” nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi “Dumanlı Albion”dan təklif alıb.

 

Bu məlumatı futbolçunun həm qardaşı, həm də agenti olan Roberto da təsdiqləyib. O, İngiltərədən bir neçə təklif aldıqlarını desə də, qardaşının karyerasını MLS-də davam etdirmək istədiyini bildirib.

 

Qeyd edək ki, son klubu “Fluminense” olan Ronaldinyo karyerası ərzində həmçinin “Qremio”, PSJ, “Milan”, “Flamenqo”, “Atletiko Mineyro” və “Queretaro” klublarının da formasını geyinib.