Ronaldo, İquayn və Bonilla
18.04.2016 - 18:36
Ronaldo, İquayn və Bonilla

Avropa ölkələrinin yüksək liqalarında ən çox qol vuran futbolçu üçün təsis olunan “Qızıl buts” mükafatına namizədlərin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, İspaniya çempionatında 31 qol vuran Kriştianu Ronaldo siyahıya başçılıq edir.

 

“Real”ın portuqaliyalı bombardirinin hesabında 62 xal var. İtaliya “Napoli”sində 30 qol vuran argentinalı Qonzalo İquayn liderdən 2 xal geri qalır. Portuqaliya “Benfika”sının qol silahı Conas eyni göstəricilərlə 2-ci yerə şərikdi.

 

İlk “onluq”da qərarlaşan futbolçulardan Robert Levandovskinin (“Bavariya”) 54, Luis Suaresin (“Barselona”) 52, Zlatan İbrahimoviçlə (PSJ) İslam Slimaninin (“Sportinq”) hərəyə 48, Eran Zahavinin (“Makkabi” Təl-Əviv) 46,5, Lionel Messi (“Barselona”) və Pyer-Emerix Obameyanqın (“Borussiya” Dortmund) hərəyə 46 xalı var.

 

Qeyd edək ki, Topaz Premyer Liqasının ən yaxşı bombardiri Nelson Bonillanın (“Zirə”) 14 qolla eyni sayda xala malikdi.

0