Ronaldo Hollivud ulduzu olmaq istəyir
23.02.2016 - 14:01
Ronaldo Hollivud ulduzu olmaq istəyir

“Real”ın hücumçusu Kriştianu Ronaldo karyerasını bitirdikdən sonra hansı işlə məşğul olacağını müəyyənləşdirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı futbolçu Hollivud ulduzu olmaq arzusundadı.

 

Tez-tez reklam çəkilişlərində iştirak edən 31 yaşlı oyunçu futboldan getdikdən sonra filmlərdə çəkiləcəyini istisna etməyib: “Niyə də olmasın? Artıq bir neçə təklif almışam. Hazırda filmə çəkilmək mənim üçün çətindi. Çünki hər gün məşq olur, oyunlarda, turnirlərdə iştirak edirəm. Ancaq yenə də bu sahəyə qapılarımı bağlamıram. İlk vaxtlar baş rolda çəkilmək istəmirəm. Nisbətən asan rollarla başlamaq fikrindəyəm”.

 

Qeyd edək ki, Ronaldonun adına artıq kino çəkilib. 2015-ci il noyabrın 11-də təqdimatı olan həmin film portuqaliyalının futbolçu karyerasından bəhs edir.