Runi rekorda bir addım da yaxınlaşdı
14.06.2015 - 22:07
İngiltərə milli komandasının və “Mançester Yunayted”in hücumçusu Ueyn Runi Slovakiya millisi ilə oyunda fərqlənərək adını tarixə yazdırıb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı hücumçu əsas yığmada 48-ci qolunu vurub.
Bu göstərici ilə Qari Linekerə çatan Runi milli komanda tarixində ən çox qol vuran 2-ci futbolçu olub.
Birinci pillə isə 49 qolla Bobbi Robsona məxsusdu.
0
0