Ruslan Abışov yenə kənarda qaldı
31.03.2014 - 09:14
Ruslan Abışov yenə kənarda qaldı

Millimizin futbolçusu Ruslan Abışovun çıxış etdiyi “Rubin” Rusiya Premyer-liqasında XXIII turun oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi doğma azarkeşləri önündə turnir cədvəlində qonşu olduğu “Rostov”la qarşılaşıb.

“Rubin” öz meydanında 1:2 hesablı yenilgi ilə üzləşib. İran türkməni olan Sərdar Azmun hesabda komandasını 3-cü dəqiqədə önə keçirsə də, Rostov-na-Donu təmsilçisi əzmkar qələbə qazanmağı bacarıb. Görüşün əlavə olunmuş dəqiqələrində “Rubin” azlıqda qalıb. Gözlənildiyi kimi, mayda komandadan ayrılacağı istisna edilməyən Ruslan bu matçda da oyunun protokoluna daxil edilən 21 futbolçu arasında olmayıb.

Qeyd edək ki, bu nəticədən sonra “Rubin” turnir cədvəlində yerində qalıb. Tatarıstan təmsilçisi hazırda 28 xalla IX pillədədir.

0