Topaz Premyer Liqasının IV turunda keçirilən “Sumqayıt”- “İnter” oyununda daha bir diqqətçəkən epizod yaşanıb. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin baş məşqçisi Samir Abasovun hərəkəti maraq doğurub.
Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanın 38-ci dəqiqəsində iki komandanın oyunçuları arasında top uğrunda mübarizə zamanı qonaqların oyunçusu yerə yıxılıb. Nəticədə baş hakim Əliyar Ağayev cərimə zərbəsi təyin edib. Epizoda yaxın olan Samir Abasov ona tərəf gələn topu əsəbi şəkildə yerə vuraraq, hakimin qərarına etirazını bildirib.
Qeyd edək ki, hazırda birinci hissəsi keçirilən matçda “İnter” 1:0 hesabı ilə öndədi.