“Sevilya” Xorxe Sampaolinin getməsi halında onun yerinə kimi təyin edəcəyini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, əndəlüslülər son mövsümü “Alaves”də çalışmış Maurisio Pelleqrinonu baş məşqçi kimi görmək istəyirlər.
Ancaq mütəxəssis hələ öz taleyi haqqında dəqiq qərar verməyib. Belə ki, bu həftənin şənbə günü “Alaves”lə birlikdə İspaniya Kubokunun final matçına çıxacaq Pelleqrino ondan sonra fikrini açıqlayacaq.
Bununla belə, “Sevilya”nın artıq C planı da var. Əgər Pelleqrino alınmasa, komanda “Selta”dan ayrılacağı gözlənilən Eduardo Beritso ilə anlaşacaq.
Qeyd edək ki, hazırda komandanın baş məşqçisi olan Xorxe Sampaoli ilə Argentina millisi ciddi maraqlanır və onun “tanqoçular”ı çalışdıracağı güman edilir.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA