Arsen Venger milliyə gedir
28.09.2016 - 20:12
Arsen Venger milliyə gedir

İngiltərə millisinin Sem Ellerdaysdan boşalan vakant baş məşqçi postuna Arsen Venger gətirilə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə “The Daily Telegraph” nəşri xəbər yayıb.

 

Bildirilib ki, İngiltərə Futbol Federasiyası fransız çalışdırıcının milliyə müvəqqəti kömək etməsi üçün rəsmi müraciət edib.

 

Bununla bağlı “topçular”ın ofisinə məktub da göndərilib.

 

Qeyd edək ki, Ellerdays adı rüşvət qalmaqalında hallandığı üçün milli komandadan kənarlaşdırılmışdı.