Son 12 ildə görünməmiş məğlubiyyət
02.11.2016 - 10:06
Son 12 ildə görünməmiş məğlubiyyət

Çempionlar Liqasının qrup mərhələsinin IV turunun qarşılaşması “Barselona” üçün uğursuz nəticə ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, İspaniya klubu son 12 ildə qrupdakı ən ağır məğlubiyyətini alıb.

 

“Mançester Siti” ilə səfər oyununda 1:3 hesabı ilə uduzan barselonalılar 2004-cü ildən sonra bu mərhələdə iki top fərqi ilə yenilməmişdi. Kataloniyalıların sonuncu uğursuzluğu isə “Şaxtyor”la görüşdə qeydə alınmışdı. Həmin vaxt Ukrayna klubu 2 cavabsız qolla qalib gəlmişdi.

 

Qeyd edək ki, “Barselona” həm də tarixində ilk dəfə “Mançester Siti”yə uduzub. Bunadək 5 dəfə rəqibini məğlub edən ispaniyalılar 6-cı matçda buna üzülüb.