“Mançester Yunayted” yay “transfer pəncərəsi”ndə heyətini bir qədər də gücləndirmək istəyir. Apasport.az saytının məlumatına görə, “mankunianlar” “Liverpul”un futbolçusu Rahim Sterlinqə “elçi düşüblər”.
Sterlinq “Liverpul” rəhbərliyinin yeni müqavilə təklifini qəbul etməyib. Bundan istifadə edən mançesterlilər onunla danışığa başlayıblar. “Mançester Yunayted”in çalışdırıcısı Lui van Qal rəhbərliklə söhbətində Sterlinqin alınmasını tələb edib. İngilislər bu transferə görə 50 milyon funt-sterlinq xərcləməyə hazırdılar.
Qeyd edək ki, “Liverpul”un yetirməsi olan Sterlinq 2012-ci ildən əsas komandada çıxış edir. O, İngiltərə Premyer Liqasının cari mövsümündə 28 oyunda 6 qola imza atıb.