Superliqada növbəti istefa
13.09.2016 - 15:40
Superliqada növbəti istefa

Türkiyə Superliqasında növbəti məşqçi istefası reallaşıb. Apasport.az saytı xəbər verir ki, "Kasımpaşa" klubu Rza Çalımbayla yolları ayırıb.

 

Bu barədə İstanbul təmsilçisi rəsmi məlumat yayıb. Çalımbayın yerinə baş məşqçi postuna kimin gətiriləcəyi hələ bəlli deyil.

 

Qeyd edək ki, karyerası ərzində “Beşiktaş”, “Əskişəhərspor” və “Sivasspor” kimi klubları da çalışdırıb.