Tanınmış futbolçu karyerasını bitirdi
28.12.2016 - 11:15
Tanınmış futbolçu karyerasını bitirdi

“River Pleyt”in hücumçusu Fernando Kavenagi karyerasını bitirmək qərarına gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı 33 yaşında bu fikrə gəlib.

 

Karyerasının böyük hissəsini Avropada keçirən, “Bordo”, “Vilyarreal”, “Malyorka” kimi klubların formasını geyinən tanınmış futbolçu dördqat Argentina çempionu olub, həmçinin Libertadores Kubokunu, Fransa və Kipr çempionluqlarını qazanıb.

 

Qeyd edək ki, Fernando Kavenagi karyerası ərzində Argentina millisinin heyətində 4 oyun keçirib.