Tərlan Əhmədovdan yenilik, AZAL-da 3 yeni sima
15.10.2014 - 23:01
Tərlan Əhmədovdan yenilik, AZAL-da 3 yeni sima

Topaz Premyer Liqasının VIII turunda səfərdə “Araz-Naxçıvan”la üz-üzə gələcək AZAL hazırlıqlarını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandanın düşərgəsinə 3 yeni futbolçu qoşulub.

 

Baş məşqçi Tərlan Əhmədovun istəyinə əsasən məşqə aşağı yaş qruplarından da oyunçular cəlb olunub. Belə ki, Əsgər Hüseynov, İsmayıl İbrahimli və Ümid Ümidov əsas komanda ilə birgə məşq edib. Özü də bu “üçlük” digər futbolçular kimi bütün məşq prosedurunu keçib.

 

Qeyd edək ki, bu proses daimi xarakter daşıyacaq. Yəni hər həftə aşağı yaş qruplarından istedadlı uşaqlar əsas komandanın məşqlərinə cəlb olunacaq. Əhmədov bu yolla həmin yeniyetmə və gənclərin daha da artıracağına inandığından prosesin müvəqqəti yox, daimi olmasına qərar verib. Belədə hər həftə aşağı yaş qruplarından 2-3 perspektivli futbolçu əsas komandanın ab-havasını duymuş olacaq.

0