İtaliyanın “Yuventus” futbol klubunun hücumçusu Karlos Teves Turin klubunun böyük ehtimalla çempionluğu təmin etdiyini bildirib. Apasport.az saytının məlumatına görə, o, bunu “Yuventus”un 26-cı turda “Milan” üzərində 2:0 hesablı qələbəsindən sonra söyləyib.
Qeyd edək ki, argentinalı forvard start heyətində meydana çıxıb və 68-ci dəqiqədə qol vurub.
Teves bəyan edib ki, zərbəsi “götürülməyən” zərbələrdən olub: “Abyatti heç nə edə bilməzdi. Onun bu qolda günahı yoxdur. Bu, mənim karyeramda ən vacib qollardan biridir. Bundan əlavə, mən oğlumun doğulmasını qeyd etdim. Hakimlərlə bağlı məsələyə gəldikdə… mən bunu müzakirə etmək istəmirəm. Biz hər şeyi meydanda sübut edirik. “Milan” üzərində qələbədən sonra çempionluğumuzun dörddə üçü təmin edilib”.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”