Topaz Premyer Liqası: XXXII turun oyunlarının vaxtı açıqlandı
28.04.2015 - 14:27
Topaz Premyer Liqası: XXXII turun oyunlarının vaxtı açıqlandı

Topaz Premyer Liqasının XXXII turunun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək turun qarşılaşmaları fərqli vaxtlarda başlayacaq.

 

İlk oyun günü “Simurq” – “İnter” qarşılaşması ilə start götürəcək. Ardınca “Neftçi” – “Sumqayıt” matçı baş tutacaq.

 

Turun ikinci günü “Bakı” – “Xəzər Lənkəran” görüşü ilə başlayacaq. Həftənin son matçı isə “Qəbələ” ilə “Qarabağ” arasında olacaq.

 

XXXII tur

1 may (cümə)

17:00. “Simurq” – “İnter”
Zaqatala şəhər stadionu

20:00. “Neftçi” – “Sumqayıt”
“Bakcell Arena”

2 may (şənbə)

17:00. “Bakı” – “Xəzər Lənkəran”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

19:00. “Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu