Tuncay Şanlı Qətərdə oynayacaq
31.07.2014 - 03:19
Tuncay Şanlı Qətərdə oynayacaq

 

Türkiyə millisinin keçmiş futbolçusu Tuncaq Şanlının yeni klubunun adı bəlli olub. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça”da oynayan zaman parlayan, sonra İngiltərə və Almaniya klublarına transfer olunan oyunçu Qətərdə oynayacaq.

 

Tuncaq növbəti mövsümdən Qətərin “Ümm Salal” klubunun formasını geyinəcək. Onunla 1 illik müqavilə imzalanıb. Hələlik müqavilənin maliyyə tərəfləri açıqlanmır.

 

Qeyd edək ki, Avropa macərası başa çatan Şanlı sonradan Türkiyəyə geri dönmüşdü. Futbolçu son olaraq “Bursaspor”un heyətində oynayırdı.

 

 

 

 

0