Türk futbolçu “Şalke”ni “Ayntraxt”a dəyişdi
03.01.2016 - 15:43
Türkiyə gənclər millisinin üzvü Kaan Ayhan karyerasını “Ayntraxt”da davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 21 yaşlı futbolçu icarə əsasında frankfurtlularla anlaşıb.
“Şalke”nin yetirməsi olan müdafiəçi 2013-cü ildən bəri əsas komanda ilə 30 qarşılaşmada meydana çıxıb.
Müqavilənin şərtlərinə görə, “Ayntraxt” istəsə, futbolçunun transfer hüquqlarına da sahib ola bilər.
0
0