Son günlər transfer bazarında olduqca aktiv olan Çin klubları daha bir futbolçunun keçidini rəsmiləşdiriblər. Apasport.az saytının məlumatına görə, “Beşiktaş”ın müdafiəçisi Ersan Gülüm də uzaq şərqə üz tutub.
Bu barədə “NTV Spor” xəbər yayıb. Bildirilir ki, “Şanxay Şenua” ilə anlaşan futbolçu “Beşiktaş”a 7 milyon avro qazandırıb.
28 yaşı Ersan özü isə yeni klubu ilə 3 illik anlaşıb.
Qeyd edək ki, son zamanlar Cekson Martinez, Jervinyo, Paulinyo, Asamoa Qyan, Sissoko, Ramires, Mbia, Tim Keyhil, Demba Ba, Luis Fabiano və Quarin kimi ulduzlar da karyeralarını Çində davam etdirməyə qərar veriblər.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"